Meksika səfirliyi Azərbaycan vətəndaşlarına viza verəcək

Meksika səfirliyi Azərbaycan vətəndaşlarına viza verəcək Səfirliyin konsulluq şöbəsində vizaların verilməsi prosesinə hazırlıq işləri tamamlanıb
Xarici siyasət
4457
28 Noyabr , 2016 14:16
Meksika səfirliyi Azərbaycan vətəndaşlarına viza verəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verəcək. 

Bu barədə "Report"a səfirlikdən bildirilib.

Məlumata görə, səfirliyin konsulluq şöbəsində vizaların verilməsi prosesinə hazırlıq işləri tamamlanıb. Noybarın 29-da bu prosesin başlanmasına həsr olunmuş təntənəli mərasimin keçirilməsi gözlənilir.

Viza rüsumunun dəyəri 35 dollar, multivizanın qiyməti isə 70 dollardır.

Qeyd edək ki, daha əvvəl Azərbaycan vətəndaşlarına viza verilməsi ilə Meksikanın Türkiyədəki səfirliyi məşğul olub.

Son xəbərlər

Orphus sistemi