Yuxarı

Meksika səfiri Milli Məclisdə olub

Rodriqo Labardini Valeh Əsgərovla görüşüb

Bakı. 2 iyun. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisin sədr müavini, Təbii ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Valeh Ələsgərovla görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Parlamentin sədr müavini rəhbərlik etdiyi Komitənin fəaliyyətindən, parlamentlərarası qrupların səlahiyyətləri və onların ikitərəfli münasibətlərin genişlənməsinə müsbət təsirindən danışıb.

Səfir Labardini öz növbəsində, Meksika-Azərbaycan münasibətləri və onların inkişaf dinamikasından söz açıb, həmçinin, ölkə iqtisadiyyatının əsas göstəricilərindən məlumat verib. Bundan əlavə, diplomat ölkəsinin müəyyən sahələrdə əldə etdiyi böyük uğur və təcrübəni vurğulayaraq, bunları onunla bölüşə biləcəyini qeyd edib.

Tərəflər müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın gələcək inkişafının mümkün yolları barədə fikir mübadiləsi aparıblar. İki ölkə arasında əlaqələrin möhkəmlənməsinə dair istək ifadə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi