Yuxarı

Meksika səfiri: "Bakının ilk Formula-1 Qran Prisinə hazırlıq səviyyəsinə heyran oldum"

Meksikalı turistlər buraya yenə gələcək

Bakı. 21 iyun. REPORT.AZ/ "Bakının tarixində ilk Formula-1 Qran Prisinə hazırlıq səviyyəsinə heyran oldum".

Bunu "Report"a açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

"Çox sayda turist Bakının gözəlliyini gördü. Mən Qran Priyə gəlmiş 10 meksikalı turist gördüm. Onlar şəhərin gözəlliyindən, abidələrdən və yarışın özündən heyran qalmışdı. Onların bəziləri gələn il yenidən yarış vaxtı Bakıya gələcəyini və daha uzun müddət burada qalacağını da bildirib", - deyə səfir vurğulayıb.

Avropa Qran Prisinin yekununda üçüncü olan həmyerlisi Serxio Peres barədə danışan R.Labardini bunun meksikalılar üçün yarışın gözəl sonluğu olduğunu söyləyib.

Xatırladaq ki, Bakıda Formula-1 üzrə Avropa Qran Prisi iyunun 17-19-da keçirilib. Yarışı "Mersedes"in alman pilotu Niko Rosberq qazanıb. İkinci yeri isə "Ferrari"nin alman sürücüsü Sebastyan Fettel tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi