Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirəni izləyib

Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirəni izləyib Panel-müzakirədə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb
Xarici siyasət
19 Fevral , 2017 02:16
Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirəni izləyib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində səhiyyə təhlükəsizliyinə həsr olunan panel-müzakirəni izləyiblər.

"Report" AzərTAC-a istinadən xəbər verir ki, panel-müzakirədə dünyada baş verən epidemiyaların qarşısının alınmasında BMT-nin, Dünya Səhiyyə Təşkilatının birgə səyləri və bu prosesə vətəndaş cəmiyyəti institutlarının, eləcə də özəl sektorun cəlb olunması yolları, epidemiyalarla mübarizədə innovasiya və müasir texnologiyalardan istifadə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-da öz işini başa çatdıracaq.

Son xəbərlər

Orphus sistemi