Məhəmməd Cavad Zərif: "Azərbaycan İranın yaxşı qonşusudur"

Məhəmməd Cavad Zərif: "Azərbaycan İranın yaxşı qonşusudur" Bakı. 1 dekabr. REPORT.AZ/ İranın Azərbaycanla yaxşı münasibətləri var.
Xarici siyasət
1 Dekabr , 2017 11:54
Məhəmməd Cavad Zərif: Azərbaycan İranın yaxşı qonşusudur
Report

Bakı. 1 dekabr. REPORT.AZ/ "İranın Azərbaycanla yaxşı münasibətləri var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir qeyd edib ki, "Asiyanın qəlbi" - İstanbul prosesi çərçivəsində keçirilən bu gün keçirilən nazirlər toplantısında iştirak etməklə yanaşı, Azərbaycan prezidenti ilə məhsuldar danışıqlar aparıb. 

Onun sözlərinə görə, görüşdə energetika sektorunda əməkdaşlıq, Xəzər dənizi, eləcə də tranzit əməkdaşlığın, Rusiya ilə üçtərəfli platforma və Türkiyə ilə formatın genişləndirilməsi məsələləri müzakirə edilib.

"Azərbaycan İranın yaxşı qonşusudur və biz Azərbaycanla ciddi münasibətlərimizi davam etdirəcəyik", - XİN başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi