Yuxarı

MDB PA müşahidəçilər missiyasının Azərbaycanda keçirilmiş referendum üzrə yekun rəyi dərc edilib

Referenduma hazırlıq və onun keçirilməsi Azərbaycan vətəndaşlarının iradəsinin azad ifadə etməsinə şərait yaradıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ MDB Parlamentlərarası Assambleyasından (PA) olan beynəlxalq müşahidəçilərdən ibarət missiyasının sentyabrın 26-də Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə keçirilən ümumxalq səsverməsinin (referendumun) monitorinqinin nəticələrinə dair yekun rəyi dərc edilib.

"Report" MDB PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün dərc edilmiş yekun rəydə müşahidəçilər referendumun hazırlanması və keçirilməsinin milli qanunvericiliyə uyğun olduğunu və Azərbaycan vətəndaşlarının iradəsinin azad ifadə etməsinə şərait yaratdığını bildiriblər.

"MDB PA müşahiçiləri aparılmış monitorinq nəticəsində bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər üzrə keçirilmiş referendumu tənzimləyən qanunvericilik beynəlxalq standartlara və Azərbaycan Respublikasının demokratik seçkilər sahəsində götürdüyü öhdəliklərə uyğundur", - yekun rəydə deyilir. 

Qeyd olunub ki, dövlət orqanları və Azərbaycan Mərkəzi Seçki Komissiyası referenduma çıxarılan məsələlərin təşviqatı baxımından böyük iş görüb və nəticədə bütünlükdə səsvermə prosesinin yüksək səviyyədə keçirilməsini təmin edib.

Bundan əlavə, qeydiyyatdan keçmiş təşəbbüs qrupları referenduma çıxarılan dəyişikliklərlə əlaqədar azad ictimai müzakirələr təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi