MDB ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaqlar

MDB ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaqlar Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 11-də Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək.
Xarici siyasət
31 May , 2019 12:25
MDB ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaqlar

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 11-də Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.

"İndi MDB ölkələri üçün bu əhəmiyyətli görüş üçün hazırlıqlar aparılır. MDB ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaq. İclasda MDB-nin daha da güclənməsinə yardım edəcək bir sıra vacib qərarların qəbul ediləcəyi gözlənilir", - S.Lebedev MDB Hökumət Başçıları Şurasının iclasının yekununda keçirilən mətbuat konfransında deyib.

Son xəbərlər

Orphus sistemi