Yuxarı
    Bağlamaq

    MDB-nin Minskdəki mənzil-qərargahında Azərbaycanın terrorizmə qarşı mübarizə üzrə təcrübəsi müzakirə ediləcək

    Minskdə MDB ölkələri Baş Prokurorlar Koordinasiya Şurasının 26-cı iclası keçiriləcək

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Baş Prokurorlar Koordinasiya Şurasının 26-cı iclası keçiriləcək.                   

    "Report" MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları Azərbaycanın terrorizmə qarşı mübarizə, Ermənistanın iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərin istintaqına nəzarət, Belarusun iqtisadi cinayətkarlığa qarşı mübarizə üzrə təcrübəsini müzakirə edəcəklər.

    İclasda növbəti müddətə Şuranın sədri seçiləcək və növbəti iclasın keçirilmə tarixi və yeri təyin olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi