Gəncədə MDB dövlətləri Gömrük Xidməti Rəhbərləri Şurası Ekspertlərinin 76-cı iclası keçirilib - YENİLƏNİB

Gəncədə MDB dövlətləri Gömrük Xidməti Rəhbərləri Şurası Ekspertlərinin 76-cı iclası keçirilib - YENİLƏNİB Gəncədə Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası Ekspertlərinin 76-cı iclası keçirilib.
Xarici siyasət
6 İyun , 2023 13:20
Gəncədə MDB dövlətləri Gömrük Xidməti Rəhbərləri Şurası Ekspertlərinin 76-cı iclası keçirilib - YENİLƏNİB

Gəncədə Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası Ekspertlərinin 76-cı iclası keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, iclasda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarus, Tacikistan və Qırğız Respublikasının gömrük xidmətlərinin nümayəndələri iştirak edib.

İclasdan əvvəl nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb. Gəncə xatirə kompleksi, Heydər Əliyev Mərkəzi ziyarət olunub.

Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıb. İclas iştirakçıları dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları və gömrük nəzarəti zamanı gömrük orqanları və daşıyıcıların fəaliyyətinin təşkili, gömrük xidmətləri arasında ekspert və tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması, malların gömrük dəyəri, eyni zamanda əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumat mübadiləsinin reallaşdırılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat və kommersiya sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının vurulması qaydası və kadr hazırlığı haqqında saziş layihələri ilə bağlı müzakirələr aparılıb.

10:26

Gəncə şəhərində MDB dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurasının 76-cı iclası keçiriləcək.

"Report"un Qərb bürosunun məlumatına görə, Şura üzvləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra qonaqlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkiblər, həlak olanların ruhuna hörmət əlaməti olaraq güllər düzüblər.

Qeyd edək ki, Şura üzvləri daha sonra Heydər Əliyev Mərkəzində toplantı keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi