Maya Sandu: "Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək"

Maya Sandu: "Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək" Moldova Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
1 İyun , 2021 16:52
Maya Sandu: Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək
Maya Sandu

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Moldova Respublikasının xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə qeyd etmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud xoş münasibətlər qarşılıqlı etimada və hörmətə əsaslanır.

Əminəm ki, müxtəlif sahələrdə Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək. Xalqlarımızın və dövlətlərimizin rifahı naminə ümumi səylərimizlə bu mühüm hədəfi reallaşdırmağa hazır olduğumuzu bir daha təsdiq etmək istəyirəm.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi