Mariya Zaxarova: "Qarabağ münaqişəsinin dinc yolla həlli vasitəçilərin və tərəflərin mənafeyinə uyğundur"

Mariya Zaxarova: "Qarabağ münaqişəsinin dinc yolla həlli vasitəçilərin və tərəflərin mənafeyinə uyğundur" Bakı. 25 oktyabr. REPORT.AZ/ “Hər ölkə müstəqil siyasət yürüdür. Başqa ölkələrin öz diplomatik əlaqələrini necə qurmalarının Rusiyaya aidiyyəti yoxdur”.
Xarici siyasət
25 Oktyabr , 2018 18:53
Mariya Zaxarova: Qarabağ münaqişəsinin dinc yolla həlli vasitəçilərin və tərəflərin mənafeyinə uyğundur

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Hər ölkə müstəqil siyasət yürüdür. Başqa ölkələrin öz diplomatik əlaqələrini necə qurmalarının Rusiyaya aidiyyəti yoxdur”.

“Report” xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya səfərindən sonra Cənubi Qafqaza gəlməsinə dair sualı cavablandırarkən deyib.

Rusiya rəsmisi C.Boltonun Dağlıq Qarabağ məsələsinə dair mülahizələrini şərh edərkən onlarla tanış olmadığını vurğulayıb: “Bununla belə, biz hesab edirik ki, münaqişənin dinc yolla həlli, əlbəttə ki, istər ATƏT-in Minsk qrupu iştirakçılarının, istərsə də münaqişə tərəflərinin mənafeyinə uyğundur”.

Rusiya XİN nümayəndəsi oktyabrın 25-də Bakıda öz işinə başlayan VI Beynəlxalq Humanitar Foruma da münasibət bildirib: "İkitərəfli humanitar əlaqələrin, habelə çoxtərəfli əməkdaşlığa rəvac verən əlaqələrin bu səviyyəyə çatmasını və belə nəticələr verməsini yalnız alqışlamaq olar”.

Xatırladaq ki, bu gün Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb. Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir. 2010-cu ildən təşkil olunan forumun təşəbbüskarları Azərbaycan və Rusiya prezidentləridir.

Son xəbərlər

Orphus sistemi