Yuxarı

Malena Mard: "Aİ iqtisadiyyatın diversifikasiyası məsələlərində Azərbaycanla əməkdaşlığı davam etdirəcək"

İri ticari tərəfdaş və investor olan Aİ bu məsələdə maraqlıdır

Bakı. 27 yanvar. REPORT.AZ/ "Avropa İttifaqı hər zaman Azərbaycan iqtisadiyyatının diversifikasiyasını dəstəkləyib və dəstəkləməkdə davam edəcək".

Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

O qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası onun artımı və gələcəkdə iqtisadi imkanların gücləndirilməsinin vacib hissəsidir.

"İri ticari tərəfdaş və investor olan Aİ Azərbaycan iqtisadiyyatının gələcək diversifikasiyasında maraqlıdır. Biz diversifikasiya və iqtisadi müasirləşdirmə məsələlərində əməkdaşlığı davam etdirməyə hazırıq", - M.Mard deyib. 

"Düşünürəm ki, Azərbaycan Prezidenti "qara qızılın" "insan qızılına" çevrilməsinin vacibliyi haqqında müdrik söz söyləyib. Bu Azərbaycan və Aİ üçün böyük əhəmiyyət kəsb edir", - səfir vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi