Yuxarı
    Bağlamaq

    Mahmud Vaezi: "İran prezidenti Həsən Ruhani yaxın vaxtlarda Azərbaycana səfər edəcək"

    İranın rabitə və informasiya texnologiyaları naziri ilə Azərbaycanın iqtisadiyyat naziri arasında telefon danışığı olub

    Bakı. 13 iyun. REPORT.AZ/ "İran prezidenti Həsən Ruhani yaxın vaxtlarda Azərbaycana səfər edəcək". 

    "Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri, iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iranlı həmsədri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə telefon danışığında bildirib.

    Söhbət zamanı İran prezidentinin Azərbaycana səfəri üçün zəruri olan bütün tədbirlərin görülməsi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi