Mahmud Məmmədquliyev Bolqarıstana səfər edəcək

Mahmud Məmmədquliyev Bolqarıstana səfər edəcək Nazir müavini Bolqarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konfransda iştirak edəcək
Xarici siyasət
25 Aprel , 2017 10:47
Mahmud Məmmədquliyev Bolqarıstana səfər edəcək
Report.az

Bakı. 25 aprel. REPORT.AZ/ Bolqarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Sofiyada "Bolqarıstan və Azərbaycan: Diplomatik əlaqələrin 25 ili. İkitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq perspektivləri" mövzusunda konfrans keçiriləcək.

"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, tədbir Azərbaycan səfirliyinin təşkilati dəstəyi ilə Bolqarıstan Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu və Bolqarıstanın Atlantik Klubu ilə əməkdaşlıq çərçivəsində mayın 15-də baş tutacaq.

Konfrans ikitərəfli əlaqələrin inkişafını müzakirə etməyə və həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gücləndirilməsi üzrə yeni ideya və təşəbbüslərin tədqiq edilməsinə imkan yaradacaq.

Tədbirdə iştirak etmək üçün Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Sofiyaya gedəcək.

Son xəbərlər

Orphus sistemi