Mahmud Məmmədquliyev: "Aİ ilə əməkdaşlıq xarici siyasətimizin başlıca istiqamətlərindəndir"

Mahmud Məmmədquliyev: "Aİ ilə əməkdaşlıq xarici siyasətimizin başlıca istiqamətlərindəndir" Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biri Avropa İttifaqı (Aİ) ilə bərabər əməkdaşlıqdır.
Xarici siyasət
1 Fevral , 2019 16:39
Mahmud Məmmədquliyev: Aİ ilə əməkdaşlıq xarici siyasətimizin başlıca istiqamətlərindəndir
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev / Report / Firi Salim

Bakı. 1 fevral. REPORT.AZ/ "Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biri Avropa İttifaqı (Aİ) ilə bərabər əməkdaşlıqdır".

“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rumıniyanın Avropa İttifaqı Şurasında sədrliyinə həsr olunan tədbirdəki nitqində bildirib.

“Gündəmimizi müəyyənləşdirmək baxımdan ötən il xeyli səmərəli keçdi. Bu gün isə əməkdaşlığımızın əsas hədəfi yeni saziş imzalamaqla bağlıdır”, - deyən diplomat Avropa İttifaqı ilə əlaqələrdə Avropanın enerji təhlükəsizliyi məsələlərinin mühüm yer tutduğunu vurğulayıb.

“Buna böyük əhəmiyyət veririk. Biz TAP, TANAP kimi irimiqyaslı enerji layihələri həyata keçiririk. 2020-ci ildə təbii qaz İtaliyaya çatdırılacaq. Bizim layihələr bütün dünyanın enerji xəritəsini dəyişdirəcək”, - M.Məmmədquliyev qeyd edib.

Diplomat həmçinin Azərbaycanın Avropanı Asiya ilə bağlayacaq bir sıra böyük nəqliyyat-logistika layihələrinin də təşəbbüskarı və iştirakçısı olduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi