Bakı. 3 noyabr. REPORT.AZ/ Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.
"Report"un məlumatına görə, iki günlük səfəri çərçivəsində P.Siyarto Azərbaycan prezidenti İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Abid Şərifov tərəfindən qəbul olunacaq.
Həmçinin, P.Siyartonun Azərbaycan Dillər Universitetində mühazirə ilə çıxış etməsi planlaşdırılıb.