Macarıstanın Azərbaycandakı səfiri NATO-nun əlaqələndirici səfirliyi mandatının icrası ilə bağlı Brüsseldə məsləhətləşmələr aparır

Macarıstanın Azərbaycandakı səfiri NATO-nun əlaqələndirici səfirliyi mandatının icrası ilə bağlı Brüsseldə məsləhətləşmələr aparır Səfir NATO-nun mənzil-qərargahında səfərdədir
Xarici siyasət
30 Yanvar , 2017 18:06
Macarıstanın Azərbaycandakı səfiri NATO-nun əlaqələndirici səfirliyi mandatının icrası ilə bağlı Brüsseldə məsləhətləşmələr aparır

Bakı. 30 yanvar. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski Brüsseldə NATO qərargahına səfər edib.

"Report" xəbər verir ki, səfərin məqsədi NATO-nun əlaqələndirici ölkələrinin səfirlərinin məsləhətləşmələrində iştirak etməkdir.

Məsləhətləşmələr zamanı diplomatik missiyaların rəhbərləri NATO baş katibinin müavini Rouz Qottemüller, NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahyu və başqaları ilə görüşüblər.

Qeyd edək ki, Macarıstan növbəti iki il ərzində Azərbaycanda NATO-nun əlaqələndirici səfirliyi vəzifəsini yerinə yetirəcək. Buna qədər ardıcıl 4 dəfə bu mandatı Rumıniyanın Bakıdakı səfirliyi icra edib.

Son xəbərlər

Orphus sistemi