Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi təqdim olunub

Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi təqdim olunub Təqdim səfirliklərə və Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib
Xarici siyasət
21 Dekabr , 2015 20:31
Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi təqdim olunub

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi təqdim olunub.

Səfirlikdən "Report"a verilən məlumata görə, təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğaldan sonrakı dövrünü əks etdirən fotoşəkillərdən istifadə olunub.

Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev təqvimə şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barəsində qısa məlumat da daxil edib.

“Şuşa” təqvimi Budapeştdə akkreditə olunan diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb. Nəşrin bir hissəsi isə 2013-cü ildə Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib.

Son xəbərlər

Orphus sistemi