Bakı. 1 may. REPORT.AZ/ Macarıstanın baş naziri Viktor Orbanın xanımı Aniko Levai mayın birinci ongünlüyündə Azərbaycana səfərə gələcək.
Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər tanışlıq xarakteri daşıyır.
Aniko Levai bir neçə ildir Budapeştdə dərc olunan "Macar mətbəxi" ("Magyar konyha") adlı jurnalın redaktorudur. Jurnalın növbəsi sayı özünəməxsusluğu, çoxçeşidliliyi və zənginliyi ilə tanınan Azərbaycan mətbəxinə həsr olunacaq. Aniko Levainin Azərbaycanda olduğu günlərdə Naxçıvana, Gəncə və Qəbələyə səfərləri, habelə
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə görüş zamanı Aniko Levai bildirib ki, son illər iki ölkə arasında əlaqələr geniş vüsət alıb. O qeyd edib ki, Azərbaycan mədəniyyətinə, mətbəxinə, turizim imkanlarına böyük marağı səbirsizliklə gözlədiyi bu səfərin baş tutmasına zəmin yaradıb.