Bakı. 18 may. REPORT.AZ/ Lüksemburq hesab edir ki, Şərq Tərəfdaşlığına üzv ölkələr Riqa sammitində Ukraynadakı vəziyyətin qiymətləndirilməsində həmrəy olmağa çalışmalıdır. "Report" "İA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Lüksemburq XİN rəhbəri Jan Asselborn bildirib.
"Düşünürəm ki, Riqa sammiti qətnamə ilə bağlı kifayət qədər çətin olacaq. Birincisi, Ukraynanın ərazi bütövlüyünə gəldikdə, hətta Şərq Tərəfdaşlığına üzv ölkələr arasında həmrəylik yoxdur. Lakin düşünürəm ki, bu məsələdə həmrəylik vacibdir. Krım məsələsinə dair beynəlxalq hüququn pozulmasını qınamaq üçün də həmrəylik lazımdır", - Asselborn jurnalistlərə bildirib.
Sammit mayın 21-22-də Riqada keçiriləcək. Aİ-nin Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.