Lu Mey: "Çin Azərbaycana idxalda ən böyük tədarükçü olaraq mövqeyini qoruyur"

Xarici siyasət
  • 06 noyabr, 2026
  • 11:03
Lu Mey: Çin Azərbaycana idxalda ən böyük tədarükçü olaraq mövqeyini qoruyur

Bu ilin yanvar-sentyabr aylarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çatıb.

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə bildirib.

Lu Meyin sözlərinə görə, bu, 9 aylıq dövr üçün rekord göstəricidir.

O vurğulayıb ki, Çin Azərbaycan bazarına idxal edilən malların ən iri tədarükçüsü statusunu qoruyub saxlayır.

"Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq genişlənməyə və konkret formalar almağa davam edir. Bir sıra əsas birgə layihələr üzrə artıq müsbət nəticələr əldə edilib.

Çin şirkəti tərəfindən inşa edilən külək parkının tikintisi uğurla başa çatıb - bu, Cənubi Qafqazda ən böyük külək parkıdır. Çin şirkətinin Azərbaycanda inşa etdiyi 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyası ölkənin vahid enerji sisteminə qoşulub.

Transxəzər marşrutu ilə Çindən Avropaya gedən konteyner qatarları qlobal istehsal və logistika zəncirlərinin sabitliyinin qorunmasına töhfə verməklə Orta Dəhliz boyunca əhəmiyyətli yük axınını təmin edir", - səfir bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə Transxəzər marşrutu ilə Azərbaycandan keçən Çin-Avropa konteyner qatarlarının sayı da rekord səviyyəyə çatacaq.

44 filmi