Lord David Evans: “Azərbaycanın inkişafı neftdən gələn gəlirlərin səmərəli istifadə olunduğunu göstərir” - MÜSAHİBƏ

Lord David Evans: “Azərbaycanın inkişafı neftdən gələn gəlirlərin səmərəli istifadə olunduğunu göstərir” - MÜSAHİBƏ David Evans: “Britaniya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”
Xarici siyasət
3803
22 Fevral , 2018 14:58
Lord David Evans: “Azərbaycanın inkişafı neftdən gələn gəlirlərin səmərəli istifadə olunduğunu göstərir” - MÜSAHİBƏ
Report

"Qarabağ münaqişəsinin tarixi və onunla bağlı həqiqətləri parlamentdəki həmkarlarıma çatdırmaq üçün əlimdən gələni edirəm"

London. 22 fevral. REPORT.AZ/ Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, "Discover Azerbaijan" kitabının naşiri lord David Evansın “Report”un Qərbi Avropa bürosuna müsahibəsi:

Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, "Brexit"in iki ölkənin münasibətlərinə hansısa bir təsiri ola bilərmi?

- Böyük Britaniya Azərbaycanda ən böyük investor olaraq qalır. Biz Azərbaycan hökuməti ilə yüksək səviyyədə əlaqələr qurmuşuq. Təbii ki, bu da böyük məmnunluq doğuran haldır. 

"Brexit"ə gəlincə, Britaniyanın Avropa İttifaqını tərk etməsi müxtəlif ölkələrlə əməkdaşlığımızı genişləndirəcək. Mən də hesab edirəm ki, Britaniya əlaqələrini İttifaqın hüdudlarından kənarda inkişaf etdirməlidir. Təbii ki, Azərbaycan da bu ölkələr arasında ən ideal mövqeyə malikdir.

Əlbəttə, "Brexit"dən asılı olmayaraq, əlaqələrimiz genişlənməkdədir, lakin bundan sonra münasibətlərimiz daha da artıq inkişaf edəcək. Britaniya tərəfdaşlıq etdiyi ölkələrlə əlaqələrini daha da genişləndirmək üçün çox böyük səylər göstərir. Rəsmi Londonla Bakı arasında münasibətlər yüksək səviyyədə inkişaf edib və BP ilə əməkdaşlıq buna bariz nümunədir. İki ölkə arasında texnologiyaların mübadiləsi, investisiyaların qoyuluşu və ikitərəfli ticarətin digər sahələr üzrə inkişaf etdirilməsi imkanları mövcuddur. Mən Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm. Sizin ölkənizin inkişafının intensivliyi və davamlılığı məni heyrətə gətirir.

- Azərbaycanın bugünkü inkişafını necə dəyərləndirirsiniz?   

- Azərbaycan gözəl ölkədir, xüsusilə Bakı füsunkar bir şəhərdir. Bakı sürətlə inkişaf edir. Mən Bakıda, xüsusilə XIX əsrin sonu XX əsrin əvvəllərindəki neft bumu nəticəsində tikilmiş binaların arxitekturasını çox bəyənirəm. Azərbaycan paytaxtının mərkəzi küçələri məftunedicidir, İçərişəhəri çox xoşlayıram. Yenidənqurma işləri neftdən gələn gəlirlərin səmərəli istifadə olunduğunu göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportu çox gözəldir və "Azərbaycan Hava Yolları" (AZAL) QSC yeni təyyarələr alıb və sərnişinlərin istifadəsinə verib. 

Mən Azərbaycanda konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda müşahidəçi kimi iştirak etmişəm. Həmin səfərim zamanı Bakıdan kənarda yerləşən məntəqələrdə oldum. Eyni zamanda Xəzər dənizinin sahilində yerləşən digər ərazilərlə də tanış oldum. Mən qısa müddət ərzində Azərbaycanda gedən bu inkişafa çox heyrətlənirəm.

2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə Azərbaycan Avropa dövlətləri ailəsinə mənsub olduğunu bütün dünyaya nümayiş etdirdi. 

Britaniya parlamentinin üzvü kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatınız var. Sizcə, həmkarlarınız necə Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri bilirlərmi və problemi düzgün qiymətləndirirlərmi?

- Mən Dağlıq Qarabağ münaqişəsi və onun vurduğu ziyanlardan çox məyusam. Bu münaqişənin Azərbaycan üçün nə qədər fəlakətli olduğunu anlayıram və bundan ziyan çəkmiş insanları çox yaxşı başa düşürəm, onların kədərini bölüşürəm. 

Mən son bir neçə ildir Dağlıq Qarabağ münaqişəsinin tarixi və onunla bağlı həqiqətləri parlamentdəki həmkarlarıma çatdırmaq üçün əlimdən gələni edirəm. Hətta Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə Ermənistan-Azərbaycan münaqişəsi və onun yaratdığı problemləri izah etməkdə çox təcrübəlidir. O, hər dəfə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini izah edərkən faktlara və tarixi sübutlara müraciət edir.

Son xəbərlər

Orphus sistemi