Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Xarici siyasət
- 18 may, 2022
- 11:12
Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 18-də Şəhidlər xiyabanını ziyarət edib.
"Report" xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Litva Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Litvanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Son xəbərlər
00:54
Fransanın daxili işlər naziri gənclər arasında zorakılığın artdığını açıqlayıb
Digər ölkələr00:38
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Region00:29
Avropa Parlamenti Ukraynaya kredit ayrılması ilə bağlı sürətləndirilmiş səsvermə keçirəcək
Digər ölkələr00:07
Zelenski: Təhlükəsizliklə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsi gözlənilir
Digər ölkələr23:45
Konqoda torpaq sürüşməsi nəticəsində 10-dan çox adam həlak olub
Digər ölkələr23:28
"Bloomberg": Aİ Ukraynanın ittifaqa üzvlüyünü təmin etmək üçün variantlar hazırlayır
Digər ölkələr23:09
Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb
Region23:06
Ukraynada "Mi-24" helikopteri döyüş tapşırığından geri qayıtmayıb
Digər ölkələr22:49