Bakı. 25 may. REPORT.AZ/ Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan
“Report”un xəbərinə görə, birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uzun illərdir ki, uğurlu əməkdaşlığın qurulduğunu, bu səfərin əlaqələri daha da möhkəmləndirəcəyini deyib. Heydər Əliyev Fondunun fəaliyyətində humanitar sahənin prioritet olduğunu bildirən Mehriban Əliyeva birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışıb. Azərbaycanın birinci xanımı ölkədə ərzaq təhlükəsizliyinə böyük diqqətlə yanaşıldığını, bu sahədə bir sıra proqramların reallaşdırıldığını söyləyib, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təcrübəsinin faydalı ola biləcəyini vurğulayıb.
FAO-nun baş direktoru Jose Qratsiano Da Silva artıq ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini, budəfəki gəlişində də Bakıda böyük dəyişikliklərin şahidi olduğunu qeyd edib. Qonaq bildirib ki, rəhbərlik etdiyi təşkilat dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.
Jose Qratsiano Da Silva Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görüldüyünü bildirərək diplomu Mehriban Əliyevaya təqdim edib. Qonaq Leyla Əliyevanın FAO-nun Romadakı baş ofisinə dəvət edildiyini bildirib.