Lavrov: “Hazırda ATƏT NATO və Aİ-nin əlavəsinə çevrilib”

Lavrov: “Hazırda ATƏT NATO və Aİ-nin əlavəsinə çevrilib” “Təəssüf ki, indi ATƏT NATO və Aİ-nin əlavəsinə çevrilib, təşkilatın gələcəyi ilə bağlı suallar cavablardan çoxdur”.
Xarici siyasət
30 Noyabr , 2023 16:19
Lavrov: “Hazırda ATƏT NATO və Aİ-nin əlavəsinə çevrilib”

“Təəssüf ki, hazırda ATƏT NATO və Aİ-nin əlavəsinə çevrilib, təşkilatın gələcəyi ilə bağlı suallar cavablardan çoxdur”.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında çıxışı zamanı deyib.

O, NATO-nu Avropada təhlükəsizlik sisteminin dağıdılmasında ittiham edib.

Rusiya XİN başçısı xatırladıb ki, NATO qeyri-qanuni olaraq 1999-cu ildə Yuqoslaviyanı bombalayıb, sonra Kosovonu ondan ayırıb.

Lavrov bundan başqa NATO-nu keçmiş sovet respublikalarını Rusiyaya qarşı çıxmağa məcbur etməkdə ittiham edib.

"2008-ci ildə NATO-nun Buxarest Sammitində Mixail Saakaşviliyə alyansa üzv olmaq vədi verildikdən sonra Gürcüstan Cənubi Osetiyaya qarşı hücuma keçib", - Lavrov deyib.

Onun sözlərinə görə, NATO indi də Moldovanı eyni proseslərə cəlb edir və Dnestryanı münaqişənin güc yolu ilə həllinə çalışır.

Son xəbərlər

Orphus sistemi