Yuxarı

Latviya XİN dövlət katibinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan və Latviya genişmiqyaslı məsələləri müzakirə edəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçsin Azərbaycana səfər proqramı açıqlanıb.

"Report" Latviya XİN-in saytına istinadən xəbər verir ki, A.Pildeqoviçs yanvarın 19-da Azərbaycana gələcək. Səfərin məqsədi iki ölkə arasında siyasi məsləhətləşmələrin aparılmasıdır. 

Yanvarın 20-də səfər çərçivəsində dövlət katibi Azərbaycan xarici işlər nazirinin müavinləri Araz Əzimov, Xələf Xələfov və Mahmud Məmmədquliyevlə görüşlər keçirəcək. 

Siyasi məsləhətləşmələr zamanı Latviya və Azərbaycan arasında əməkdaşlıq, regional əməkdaşlıq məsələləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər, Azərbaycanın iştirak etdiyi Aİ Şərq Tərəfdaşlığı Proqramı müzakirə olunacaq.

Səfər yanvarın 21-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi