Kuba Prezidenti İlham Əliyevi təbrik edib

Kuba Prezidenti İlham Əliyevi təbrik edib Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Xarici siyasət
26 May , 2022 18:45
Kuba Prezidenti İlham Əliyevi təbrik edib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Kuba xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirməyə hazır olduğumuzu Sizə bir daha bildirirəm.

Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi