Komitə sədri: “İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür”

Komitə sədri: “İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür” “İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür”.
Xarici siyasət
6 Aprel , 2023 12:24
Komitə sədri: “İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür”
Mübariz Qurbanlı

“İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Azərbaycanın dünya miqyasında və bölgədə söz sahibinə çevrilməsi İranı və onun hakim dairələrini qıcıqlandırır”, - Komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, İran tərəfindən Azərbaycana qarşı edilən hərəkətlər Ermənistanla sıx əlaqələrindən irəli gəlir:

“Eyni zamanda İran Azərbaycanın güclənməsi, 44 günlük Vətən müharibəsində işğala məruz qalmış torpaqlarımızın azad edilməsi və Prezident İlham Əliyevin bölgədə apardığı siyasət, xüsusilə Azərbaycanın dünya miqyasında və bölgədə söz sahibinə çevrilməsi İranı qıcıqlandırır”.

Qurum rəsmisi qeyd edib ki, onlar müstəqilliyimiz bərpa olunandan bu yana ölkəmizə qarşı təxribatçı hərəkətlərini davamlı olaraq həyata keçiriblər:

“Ümumiyyətlə İran siyasi dairələrinin işlətdiyi "qırmızı xətt" kimi terminləri çox anormal görünür. Ermənistan bizim ərazilərimizi işğal edəndə, işğaldan azad olunmuş ərazilərimiz, Zəngəzurla bağlı məsələlərdə və s. “Qırmızı xətt" dedikləri niyə yada düşmürdü?!”.

“Lakin indi İran Azərbaycan öz ərazilərini bərpa edib, burada böyük layihələr həyata keçirəndə "qırmızı xətt" deyərək qarşı çıxır. Buna paralel olaraq Ermənistana hərtərəfli dəstək göstərir”-, M. Qurbanlı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi