Klodet Dyuamel: "Fransanın siyasətindən ən çox Martinika qadınları əziyyət çəkiblər"
- 21 noyabr, 2023
- 06:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Martinika qadınları diskriminasiya və müstəmləkəçiliyin təzahürləri ilə mübarizəni davam etdirir”.
“Report” xəbər verir ki, bunu Müstəqil Martinika Naminə Ekoloqlar və Demokratlar Hərəkatının vitse-prezidenti Klodet Dyuamel Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, Fransanın müstəmləkəçilik siyasətindən ən çox Martinika qadınları əziyyət çəkiblər: “Onlar cinsi zorakılığa, köləliyə, dəhşətli diskriminasiyaya məruz qalıblar”.
K.Dyuamel qeyd edib ki, qadınlar ölkənin ictimai həyatında iştirak edə bilməyib və sistemə tabe olmaq məcburiyyətində qalıblar: “Bu, bizim siyasi sistemimizə mənfi təsir etdi: qadınlar qərarların qəbulunda iştirak edə bilmədilər və cəmiyyət inkişaf etmədi”.