Kliçko Kiyevdəki Heydər Əliyev parkını digər ölkələrə nümunə göstərib

Kliçko Kiyevdəki Heydər Əliyev parkını digər ölkələrə nümunə göstərib Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli şəhər meri ilə görüşə məruzəçi qismində dəvət edilib
Xarici siyasət
5 Dekabr , 2014 09:29
Kliçko Kiyevdəki Heydər Əliyev parkını digər ölkələrə nümunə göstərib

Bakı. 5 dekabr. REPORT.AZ/ Kiyev şəhərinin meri Vitaliy Kliçko şəhər meriyasının binasında xarici ölkələrin Ukraynadakı səfirləri ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Məlumata görə, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli görüşə məruzəçi qismində dəvət edilib.

“Kiyev – dünya şəhəri” layihəsinə həsr olunmuş görüşdə mer Vitaliy Kliçko və şəhər administrasiyasının vəzifəli rəsmiləri layihə barədə məlumat verib, Kiyevdəki səfirlikləri və onların təmsil etdikləri ölkələri şəhərdə abadlıq layihələri həyata keçirməyə dəvət edib, bu sahədə əməkdaşlıq təklif edib. Bu xüsusda Azərbaycan Respublikasının Kiyevdə inşa etdirdiyi və baxımını həyata keçirdiyi Heydər Əliyev parkı nümunə göstərilib. O, park barədə məlumat vermək məqsədilə sözü səfir Eynulla Mədətliyə verib.

Səfir çıxışında Heydər Əliyev parkı layihəsinin həyata keçirilməsi, parkda başda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü olmaqla Azərbaycanın tarix, dövlətçilik və mədəniyyət simvollarının yerləşdirildiyi, zəngin Azərbaycan təbiətinin təmsil olunduğu, Azərbaycanın 16-cı əsrdə toxunmuş Şeyx Səfi xalısının italyan daşlarından hazırlanmış dəqiq surəti, parkda istifadə olunmuş keyfiyyətli materiallar, eyni zamanda parkın inşasını həyata keçirmiş ARDNŞ-nin Ukrayna nümayəndəliyinin fəaliyyəti, digər infrastruktur layihələri, Kiyevin abadlaşdırılması istiqamətində gələcək planlar barədə ətraflı məlumat verib. Çıxış boyu park, Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində parkı ziyarəti, parkda Heydər Əliyev büstü önündə keçirilən tədbirlər, Kiyev sakinlərinin parkda istirahəti, toy şəkilləri çəkdirməsi, televiziya kanallarının hazırladıqları reportajları, həmçinin ARDNŞ-nin Ukraynadakı SOCAR yanacaq doldurma stansiyaları ətrafında yaradılmış yaşıllıqlar, göstərilən xidmətləri əhatə edən fotoşəkillər nümayiş etdiriib. Çıxışdan sonra səfir Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən çap olunmuş kitabların nüsxələrini Vitaliy Kliçkoya hədiyyə etib, səfirliyin bundan sonra da Kiyevin abadlaşdırılması istiqamətində səy göstərəcəyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi