Vitali Kliçko: "Azərbaycan şirkətlərinin Kiyevin infrastrukturunun yenilənməsində iştirakı daha dəyərli olacaq"

Vitali Kliçko: "Azərbaycan şirkətlərinin Kiyevin infrastrukturunun yenilənməsində iştirakı daha dəyərli olacaq" "Kiyevdə Müslüm Maqomayevin abidəsi ucaldılacaq"
Xarici siyasət
6 Oktyabr , 2017 11:23
Vitali Kliçko: Azərbaycan şirkətlərinin Kiyevin infrastrukturunun yenilənməsində iştirakı daha dəyərli olacaq
Kiyev şəhərinin meri Vitali Kliçko / Report/ Elshan Baba

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda baş tutan Ümumdünya Boks Şurasının (WBC) illik qurultayında növbəti iclasın Kiyevdə keçirilməsi qərara alınıb.

"Report" xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko Ukraynanın "Faktlar" qəzetinə müsahibəsində bildirib.

"Bu, şəhərimizə həm də çoxsaylı əcnəbi qonaqlar cəlb edəcək və dünyanın diqqətini Ukraynanın paytaxtına yönəldəcək böyük hadisədir", - V.Kliçko vurğulayıb.

"Bilirsiniz, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir. Son rəqabətqabiliyyətlilik reytinqinə görə, onlar böyük sıçrayış edərək keçmiş Sovet İttifaqının ən sürətlə inkişaf edən ölkələri sırasına daxil olublar. Odur ki, öyrənməli olduğumuz məsələlər var", - mer bildirib.

Onun sözlərinə görə, Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, şəhərin meri, idman naziri və biznes nümayəndələri ilə görüşüb və bu görüşlərdə infrastrukturun yaradılması sahəsində təcrübə mübadiləsi haqqında razılıq əldə olunub.

"Azərbaycan şirkətləri artıq Kiyevin infrastrukturunun yenilənməsində bizə kömək edir, indi onların iştirakı daha dəyərli olacaq. Bundan əlavə, Kiyevdə Azərbaycan Ticarət Evi və yeni abidə olacaq. Abidə əfsanəvi Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirəsinə ucaldılacaq. Məncə, kiyevlilər arasında onu xatırlayan, mahnılarını sevənlər az deyil", - V.Kliçko vurğulayıb.

Son xəbərlər

Orphus sistemi