Kirsti Narinen: Finlandiya COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır

Xarici siyasət
  • 14 mart, 2024
  • 11:39
Kirsti Narinen: Finlandiya COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır

Finlandiya bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsinə töhfə verməyə və texniki yardım göstərməyə hazırdır.

Bunu “Report”a açıqlamasında Finlandiyanın Azərbaycanda, eyni zamanda Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen deyib.

“İlk növbədə, mən çox şadam ki, Dubaydan sonra növbəti COP Bakıda keçiriləcək. Bu o deməkdir ki, daha bir neft hasil edən ölkə iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verəcək”, - o bildirib.

Diplomatın sözlərinə görə, Bakının bu tədbirin logistika nöqteyi-nəzərindən öhdəsindən gələcəyini görmək maraqlı olacaq: “Çünki bu, çox böyük bir işdir. Bütün ölkələr, o cümlədən Finlandiya Azərbaycana texniki cəhətdən kömək etməkdən məmnun olacaq”.