Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir

Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.
Xarici siyasət
18 Aprel , 2024 10:05
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.

"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay mətbuat konfransında deyib.

Onun sözlərinə görə, postmünaqişə dövründə yenidənqurma işləri beynəlxalq birliklə həmrəy şəkildə həyata keçirilir.

K.Sarıbay qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM-nin transformasiya prosesinin davam edəcəyini təsdiqləyib:

"Söhbət təşkilatın institusional bazasının təkmilləşdirilməsindən, o cümlədən nizamnamənin qəbul edilməsindən gedir. Bu günə qədər nizamnamə funksiyasını Almatı Aktı yerinə yetirirdi. Lakin nizamnamənin dəyişdirilməsinə təcili ehtiyac var".

“AQEM hətta bir-biri ilə diplomatik əlaqələri olmayan ölkələri də birləşdirir. Mən həqiqətən ümid edirəm ki, Azərbaycanın qarşıdan gələn sədrliyi AQEM-in iştirakçısı olan ölkələr arasında əlaqələr prosesinin inkişafına töhfə verəcək”, - o vurğulayıb.

K.Sarıbay həmçinin qeyd edib ki, Azərbaycanın təşkilatdakı sədrliyi Qazaxıstan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən sonra başlayacaq:

“Sədrliyin Qazaxıstandan Azərbaycana keçməsi iki nazirin Bakıda keçiriləcək görüşü zamanı baş tutacaq”.

Son xəbərlər

Orphus sistemi