Anar Bağırov: Azərbaycan xalqının uzun müddət humanitar hüquq normaları kobud şəkildə pozulub

Anar Bağırov: Azərbaycan xalqının uzun müddət humanitar hüquq normaları kobud şəkildə pozulub Azərbaycan xalqının uzun müddət humanitar hüquq normaları kobud şəkildə pozulub.
Xarici siyasət
1 May , 2024 15:10
Anar Bağırov: Azərbaycan xalqının uzun müddət humanitar hüquq normaları kobud şəkildə pozulub

Azərbaycan xalqının uzun müddət humanitar hüquq normaları kobud şəkildə pozulub.

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Bakıda “Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu” mövzusunda keçirilən seminarda bildirib.

O, bəzi dövlətlər arasındakı münasibətlərdə gərginlik, silahlı münaqişə, konflikt ocaqlarının çoxalması, həmçinin müharibələrin təşkilində və aparılmasında istifadə olunan texnikanın inkişafının müharibələrin dağıdıcılıq gücünü daha da artırdığını bildirərək bunun da son dövrlərdə daha çox mülki əhalinin silahlı münaqişələrin qurbanlarına çevrilməsinə gətirib çıxardığını vurğulayıb.

A.Bağırov təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan da uzun müddət münaqişəyə cəlb olunub, insanlar çox əziyyət çəkib, bu zaman humanitar hüququn normaları kobud şəkildə pozulub.

VK sədri diqqətə çatdırıb ki, istər sülh dövründə, istərsə də silahlı münaqişə və ya müharibə dövründə insan hüquq və azadlıqlarının təminində, onların müdafiəsində, bu sahədə olan problemlərin ədalətli həllinə nail olunmasında fundamental dayaq rolunu oynayan müstəqil vəkillik təsisatının mühüm yeri var:

"Vəkillik institutu hüquqi dövlət quruculuğunda insan hüquqlarının müdafiəsi, ədalətin və bərabərliyin təmin edilməsində əsas rollardan birini oynayır. Azərbaycan vəkilliyi ədalətin və insan hüquq və azadlıqlarının qoruyucularından biri kimi həbsdə olan hər bir şəxsə beynəlxalq humanitar hüququn tələb etdiyi hörmət və ədalətlə rəftarın təmin edilməsində dəstək olmalıdır".

Son xəbərlər

Orphus sistemi