Yuxarı

​Karasin: "Rusiya, İran və Azərbaycanın XİN rəhbərlərinin görüşü planlaşdırılır"

Bəli, belə bir görüş planlaşdırılır, gəlin gözləyək

Bakı. 27 mart. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya, İran və Azərbaycanın XİN rəhbərləri Sergey Lavrov, Cavad Zərif və Elmar Məmmədyarovun üçtərəfli görüşünün keçirilməsi planını təsdiq edib.

"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin deyib.

"Bəli, belə bir görüş planlaşdırılır, gəlin gözləyək", — deyə o bildirib.

Karasin görüşün hansı tarixdə keçirilə biləcəyini açıqlamayıb.

Bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bakıya səfərinə hazırlıq işlərinin getdiyini xəbər vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi