Bişkek. 11 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri gözlənilir.
"Report"un Bişkekə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Türk Şurasının İkinci Gənclər Festivalı çərçivəsində keçirilən "dəyirmi masa"da bu ölkənin gənclər, bədən tərbiyəsi və idman məsələləri üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov bildirib.
Onun sözlərinə görə, sentyabrın 2-də Bişkekdə növbəti Köçəri oyunlara start veriləcək: "Sentyabrın 3-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçiriləcək. Bu sammitdə Azərbaycan və Türkiyə prezidentləri iştirak edəcəklər, həmçinin Macarıstan prezidentinin iştirakı gözlənilir".
Qeyd edək ki, hazırda Qırğız Respublikası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir.