Yuxarı

Kanada parlamentinin üzvü “Azərbaycanda Qanlı Yanvar faciəsi” adlı bəyanatla çıxış edib

Bu ay kanadalılar azərbaycanlılara qoşularaq həlak olanları yad edir

Bakı. 29 yanvar. REPORT.AZ/ Qış fasiləsindən sonra bu həftə fəaliyyətini bərpa edən Kanada Parlamenti İcmalar Palatasının iclası zamanı Kanada parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin (Barry Devolin) “Azərbaycanda Qanlı Yanvar Faciəsi” adlı bəyanatla çıxış edib. Bu barədə "Report"a Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Bəyanatda deyilir: "... Keçən həftə Azərbaycan xalqı Soyuq Müharibənin sonunda baş vermiş qorxunc faciənin 25-ci ildönümünü yad edib. 1990-cı il yanvarın 19-da Bakıda Azərbaycanın müstəqilliyini tələb edən dinc nümayişlərə cavab olaraq, Sovet rəhbərləri həmin toplantıları qəddarcasına dağıtmaq üçün şəhərə tank və qoşunlar yeritdi. Nəticədə 130 mülki şəxs qətlə yetirilmiş və 700-dən çox adam yaralanmışdır. Həmin vaxt "Human Rights Watch" xəbər vermişdi ki, “Sovet Ordusunun istifadə etdiyi zorakılıq azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmayıb, kütləvi cəzalandırmanın tətbiqi idi".

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi iki dəfə Şəhidlər Xiyabanında həlak olanların xatirəsinə ucaldılmış memorialın önünə əklil qoymuş və 20 Yanvar hadisələrinin şahidi olan azərbaycanlı dostlarımın söylədiklərini dinləmişəm.

Bu ay kanadalılar azərbaycanlılara qoşularaq həlak olanları yad edir və verilən qurbanların nəticə etibarilə Sovet İttifaqı və Soyuq müharibənin sonunu sürətləndirdiyini qəbul edirlər.

Allah onlara rəhmət eləsin!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi