Jan Pol Palomeros: "NATO Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir"

Jan Pol Palomeros: "NATO Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir" Brüssel. 24 noyabr. REPORT.AZ/ NATO Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakını yüksək qiymətləndirir.
Xarici siyasət
24 Noyabr , 2017 10:13
Jan Pol Palomeros: NATO Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir

Brüssel. 24 noyabr. REPORT.AZ/ "NATO Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakını yüksək qiymətləndirir."

"Report" xəbər verir ki, bunu NATO-nun Transformasiya üzrə sabiq baş komandanı və Fransa Hərbi Hava Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, qeneral Jan Pol Palomeros Azərbaycanın Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını şərh edərkən bildirib.

"Əlbəttə, bu, çox əlverişli iştirakdır və NATO bunu çox qiymətləndirir. Əfqanıstandakı sülhə öz töhfəsini verən bütün ölkələrin belə milli səylərə ehtiyacı var. Digər tərəfdən, azərbaycanlı sülhməramlılar da tərəfdaş ölkələrlə birlikdə fəaliyət göstərərək doktrina, standart və avadanlıq baxımından faydalanır", - J.P.Palomeros söyləyib.

Son xəbərlər

Orphus sistemi