IV Qlobal Bakı Forumunda miqrasiya problemləri müzakirə olunub

IV Qlobal Bakı Forumunda miqrasiya problemləri müzakirə olunub Moderator Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija olub
Xarici siyasət
11 Mart , 2016 12:32
IV Qlobal Bakı Forumunda miqrasiya problemləri müzakirə olunub

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün IV Qlobal Bakı Forumu “Qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu. Birgə fəaliyyətə necə nail olmalı?” adlı paneli ilə davam etdirilib. “Report” xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzijanın maderatoru olduğu paneldə Macarıstanın sabiq baş naziri Peter Medqeessi, Moldvanın sabiq prezidenti Petru Luçinski, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ruminiyanın sabiq baş naziri Petre Roman və Malaziyanın sabiq baş naziri Abdulla Bədəvi iştirak edib.

P.Medqeessi bildirib ki, müharibələrin dondurulması miqrant axınlarının qarşısını ala bilər amma bu da miqrasiya problemini həll etmir: “Bu gün yerlərdə miqrantlar artır. Buna görə də həll yollarını yerlərdə axtarmalıyıq. Biz münaqişə tərəflərini eyni masa ətrafında danışıqlara cəlb etməliyik. Problemlər ancaq danışıqlar yolu ilə həll oluna bilər. Bəlkə buna 10 il vaxt lazımdı amma yenə də razılıq əldə olunmalıdır”.
P.Luçinski qeyd edib ki, radikallaşmanın qarşısının alınması zamanı dünya ən böyük təhlükə ilə qarşılaşa bilər:” Radikallaşmanın meydana gəlməsi əsas üç faktorla bağlıdır. Birinici demoqrafiya amilidir ki, dünya əhalisi durmadan artır və əhalinin sayı daha çox yoxsul və inkişaf etməyən ölkələrdə artır. Buna görə də aclıq, səfalət və müharibə sonda miqrant axınlarının yaranmasına gətirib çıxarır. İkinci amil yoxsulluqdur ki bu gün dünyada 50-dən artıq yoxsul ölkə var. Üçüncü amil isə material zənginlikdir. Bu gün dünya əhalisinin yanız 1 faizi material zənginliyə sahibdir”.

T.Livni panle iclasında çıxış edərək vurğulayıb ki, dünya bügün ən təhlükəli mərhələni keçir: “Hətta Avropanın özündə daxili və milli münaqişələr cərəyan edir: “Bu gün dünyanı dini və radikal müharibələr bürüyüb. Dini radikallaşdırıb ondan süi istifadə edirlər. Bizim bütün tədbirlərimiz sülhə yönəlməlidir. Bütün bu baş verən münaqişlər həm dini həm də demokratik dəyərlərə ziddir”.

Son xəbərlər

Orphus sistemi