İstanbuldakı Qalata qülləsi Azərbaycan bayrağı və Xarıbülbül rəsmləri ilə işıqlandırılıb
Xarici siyasət
- 09 noyabr, 2023
- 17:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbuldakı tarixi Qalata qülləsi Azərbaycanın üçrəngli Dövlət Bayrağı və Xarıbülbül rəsmləri ilə işıqlandırılıb.
"Report" xəbər verir ki, təşəbbüs Azərbaycanın Zəfər Gününün ildönümü və Dövlət Bayrağı Günü münasibətilə baş tutub. Ərazidə olan yerli əhali və turistlərin diqqətini çəkən lazer işıqlandırması bir neçə dəfə təkrarlanıb.
Xatırladaq ki, noyabrın 8-i və 9-u dünyanın ən böyük meqapolislərindən olan İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “15 İyul Şəhidləri” körpülərində də Azərbaycan Bayrağının rəngləri həkk olunub.
İşıqlandırılma Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.
Son xəbərlər
12:24
DİN və Ukrayna polisi ilə birgə əməliyyat keçirib, beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib
Hadisə
12:23
Azərbaycanda ümumi depo hesablarının sayı 200 minə yaxındır
Maliyyə
12:21
Madriddə polis etirazçıların düşərgəsini dağıdıb, 2 nəfər saxlanılıb
Digər ölkələr
12:20
Səbinə Əliyeva: Qarşıdakı mərhələdə əsas hədəf insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir
Daxili siyasət
12:18
"Şamaxı" və "Turan Tovuz" meydana kənar şəxslər daxil olduğu üçün 2500 manat ziyana düşüb
Futbol
12:18
MDM emitentlərin regional bölgüsünü açıqlayıb
Maliyyə
12:17
"Qarabağ" klubu 4500 manat cərimələnib
Futbol
12:17
Sabah Bakıda hava yağmursuz olacaq
Ekologiya
12:15
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb
Hadisə