MDM emitentlərin regional bölgüsünü açıqlayıb

Maliyyə
  • 03 noyabr, 2026
  • 12:18
MDM emitentlərin regional bölgüsünü açıqlayıb

Bu il oktyabrın 1-nə Milli Depozit Mərkəzində (MDM) 2 126 emitent dövlət qeydiyyatında olub ki, bunun da 1 157-si Bakıya aid olub.

"Report" bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, Sumqayıtı 85, Gəncəni 60, Abşeronu 47, Lənkəranı 36, digər regionları isə 741 emitent təmsil edib.

Bu ilin III rübündə emitentlərin sayı 1 vahid artıb.