İstanbulda Nuru Paşanın məzarı ziyarət olunub

İstanbulda Nuru Paşanın məzarı ziyarət olunub 1918-ci il sentyabrın 15-də Osmanlı dövləti tərəfindən Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən 103 il ötür.
Xarici siyasət
14 Sentyabr , 2021 20:16
İstanbulda Nuru Paşanın məzarı ziyarət olunub

1918-ci il sentyabrın 15-də Osmanlı dövləti tərəfindən Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən 103 il ötür.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bu münasibətlə "İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi" (İSTAD) və yerli ictimaiyyət nümayəndələri, bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən İstanbulun Ədirnəqapı Şəhidlər məzarlığında uyuyan Nuru Paşanın məzarı ziyarət olunub.

İSTAD rəhbəri Səfər Qaraqoyunlu "Report"un yerli bürosuna açıqlamasında 103 il öncə türk əsgərlərinin Bakını azadlığa qovuşdurmasını, bir əsrdən çox zaman keçdikdən sonra Azərbaycanın haqq davasında Türkiyənin siyasi və diplomatik dəstəyini, Azərbaycan və Türkiyə qardaşlığının nə qədər dərin köklərə malik olması ilə izah edib:

"Azərbaycan və Türkiyə prezidentləri səviyyəsində güclənməkdə olan qardaşlığımız bundan sonrakı mərhələdə də birgə tərəfdaşlığın əsas fundamenti kimi qalacaq".

Səfər Qaraqoyunlu
Səfər Qaraqoyunlu

Son xəbərlər

Orphus sistemi