Azərbaycan və Pakistan XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

Azərbaycan və Pakistan XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında görüş keçirilir.
Xarici siyasət
30 May , 2024 11:05
Azərbaycan və Pakistan XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilib.

“Report” xəbər verir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar və Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər.

Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub.

10:10

İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.

"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Pakistan XİN-ə gəlib və bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar tərəfindən qəbul edilib.

Danışıqlar zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi