İslamabad Azərbaycan-Pakistan-Türkiyə parlamentlərarası əməkdaşlıq platforması təşəbbüsünü alqışlayır

İslamabad Azərbaycan-Pakistan-Türkiyə parlamentlərarası əməkdaşlıq platforması təşəbbüsünü alqışlayır “Parlamentlərarası mübadilə və çoxtərəfli əməkdaşlıq regional və iqtisadi inkişaf baxımından gərəklidir"
Xarici siyasət
22 İyun , 2021 12:19
İslamabad Azərbaycan-Pakistan-Türkiyə parlamentlərarası əməkdaşlıq platforması təşəbbüsünü alqışlayır

Pakistan Milli Yığıncağının spikeri Əsəd Kəysər Azərbaycanın irəli sürdüyü Azərbaycan-Pakistan-Türkiyə parlamentlərarası üçtərəfli əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü alqışladığını və bunu qardaş ölkələrin sıx və səmimi parlamentarası əlaqələri baxımından yeni mərhələnin başlanğıcı adlandırıb.

Bu barədə “Report” Pakistan mətbuatına istinadən xəbər verir.

“Parlamentlərarası mübadilə və çoxtərəfli əməkdaşlıq regional və iqtisadi inkişaf baxımından gərəklidir. Bu platforma qardaş ölkələrin sıx və səmimi parlamentarası əlaqələri baxımından yeni mərhələnin başlanğıcıdır”, - Ə.Kəysər Milli Məclisin spikeri Sahibə Qafarova ilə telefon danışığı zamanı bildirib.

O deyib ki, qanunverici orqanlar arasında əməkdaşlığın güclənməsi təxirəsalınmaz vəzifədir və parlamentlərarası dostluq qrupu bu münasibətlər baxımından lazımi format ola bilər. Bundan başqa, spiker iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün Pakistan və Azərbaycan arasında daha sıx parlamentlərarası əməkdaşlığın zəruriliyini vurğulayıb.

Azərbaycan-Pakistan-Türkiyə parlamentlərarası üçtərəfli platformanın ilk iclasına dəvətə görə Milli Məclisin spikerinə minnətdarlığını bildirən Keysər qardaş ölkələr arasında parlamentlərarası münasibətlərin gələcək möhkəmlənməsini tamamilə dəstəklədiyini deyib.

Son xəbərlər

Orphus sistemi