PA rəhbəri: "İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

PA rəhbəri: "İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir" O, İran və Azərbaycan arasındakı yaxşı münasibətin bölgə ölkələri üçün nümunə olduğunu da qeyd edib
Xarici siyasət
1001
27 İyul , 2020 10:23
PA rəhbəri: İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
0 : 00
0 : 00

“Müxtəlif gərginliklərdə başqa ölkələrin milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi mövqeyidir”.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev telefonla danışığında bildirib.

M.Vaizi pandemiya dövründə Tehran-Bakı əlaqələrini ortaq maraqlar çərçivəsində inkişaf etdirmək üçün daha çox fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb.

O, İran və Azərbaycan arasındakı yaxşı münasibətlərin bölgədəki ölkələr üçün nümunə olduğunu da qeyd edib:  “Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün iki ölkədəki potensiallardan istifadə edilməsi vacibdir”.

Son xəbərlər

Orphus sistemi