Britaniyanın daha bir şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhələr quraşdırılıb

Britaniyanın daha bir şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhələr quraşdırılıb Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya Azərbaycanlıları İcması təşkilatının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə Qlazqo şəhərində "Xocalıya ədalət!" yazılmış lövhələr quraşdırılıb.
Xarici siyasət
27 Fevral , 2021 19:47
Britaniyanın daha bir şəhərində Xocalıya ədalət tələbi ilə lövhələr quraşdırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya Azərbaycanlıları İcması təşkilatının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə Qlazqo şəhərində "Xocalıya ədalət!" yazılmış lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, İngiltərənin digər şəhərlərində olduğu kimi, Qlazqoda da həyata keçirilən bu aksiyanın məqsədi şəhər ictimaiyyətinin diqqətini 29 il öncə erməni silahlı qüvvələrinin dinc Azərbaycan vətəndaşlarına qarşı xüsusi amansızlıqla törətdikləri kütləvi qırğına cəlb etmək, dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən xalqımızın haqlı və ədalətli tələbinin eşidilməsinə nail olmaqdır.

Qlazqo sakinlərinin Xocalı soyqırımı barədə ətraflı məlumat alması üçün lövhədə https://justiceforkhojaly.org/ portalı da göstərilib.

"Xocalıya ədalət!" tələb edən lövhələrin iki həftə ərzində nümayiş etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi