İlham Əliyev Rusiya ilə münasibətlərin uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib

İlham Əliyev Rusiya ilə münasibətlərin uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib Prezident İlham Əliyev Azərbaycanın Rusiya ilə ikitərəfli münasibətlərin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Xarici siyasət
30 İyun , 2022 03:57
İlham Əliyev Rusiya ilə münasibətlərin uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib

Prezident İlham Əliyev Azərbaycanın Rusiya ilə ikitərəfli münasibətlərin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə deyib.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd edib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi