İlham Əliyev UNESCO nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfər etməməsindən təəssüfünü bildirib

İlham Əliyev UNESCO nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfər etməməsindən təəssüfünü bildirib "Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər".
Xarici siyasət
20 May , 2022 15:02
İlham Əliyev UNESCO nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfər etməməsindən təəssüfünü bildirib
İlham Əliyev

İlham Əliyev UNESCO nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfər etməməsindən təəssüfünü bildirib.

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, biz istərdik UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər. 

Son xəbərlər

Orphus sistemi