İlham Əliyev: "Biz əlimizdən gələni edəcəyik ki, Qafqazda vəziyyət sabit olsun"

İlham Əliyev: "Biz əlimizdən gələni edəcəyik ki, Qafqazda vəziyyət sabit olsun" "Biz əlimizdən gələni edəcəyik ki, Qafqazda vəziyyət sabit olsun".
Xarici siyasət
16 Sentyabr , 2022 20:07
İlham Əliyev: Biz əlimizdən gələni edəcəyik ki, Qafqazda vəziyyət sabit olsun
İlham Əliyev

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Səmərqənddə görüşü zamanı deyib.

Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə Rusiya Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd edib: “İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq”.

Son xəbərlər

Orphus sistemi