İlham Əliyev: "Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib"

İlham Əliyev: "Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib" "Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi.
Xarici siyasət
31 Avqust , 2020 14:44
İlham Əliyev: Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib
İlham Əliyev
0 : 00
0 : 00

"Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində söyləyib.

Dövlət başçısı deyib ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb.

Son xəbərlər

Orphus sistemi